8 yaşlı uşağın əməliyyatdan sonra gözü tutuldu - valideynləri həkimləri günahlandırır

31-10-2017, 11:22           
8 yaşlı uşağın əməliyyatdan sonra gözü tutuldu - valideynləri həkimləri günahlandırır
Başındakı şiş səbəbilə əməliyyat olunan 8 yaşlı Nuray İsmayılzadə bir ildir ki, dünya işığına həsrət qalıb. Ailəsi deyir ki, o, əməliyyatdan öncə görürmüş.

teref.az-nun xezerxeber.az-a istinadən məlumatına görə, Sumqayıt sakini Arzu İsmayılov 2016-cı ildə qızının başında şiş olduğunu bilib. Şiş tədricən övladının görmə qabiliyyətini itirdiyindən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri təcili əməliyyata ehtiyac olduğunu deyiblər.

Lakin əməliyyatdan sonra balaca Nurayın vəziyyəti daha da pisləşib. O, görmə qabiliyyətini tamamilə itirib.

Nurayın atası Arzu İsmayılovun iddialarına görə, qızının gözlərinin görməməsinə həkim səhlənkarlığı səbəb olub. İndi ailə qızının yenidən əməliyyat olunmasını istiyir.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından isə bildirdilər ki, beyində şiş əməliyyatının aparılması bütün dünyada ən riskli əməliyyatlardan hesab edilir. Əməliyyatdan öncə isə xəstənin valideynlərinə prosesdən sonra yarana biləcək fəsadlarla bağlı məlumat verilib. Hətta onlar risklərə baxmayaraq öz imzaları ilə rəsmi qaydada əməliyyata razı olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru