Noyabrın 2-də günorta saatlarında yaxınlarına vida məktubu yazaraq itkin düşən 27 yaşlı Nigar Bayramlı tapılıb.
Hazırda N.Bayramlı evdə, yaxınlarının yanındadır, ona psixoloji yardım göstərilir.
Xatırladaq ki, dünən onun itkin düşməsi ilə bağlı məlumat yayılıb.
1news.az-ın məlumatına görə, onu sonuncu dəfə “28 May” metrostansiyası yaxınlığında, Səməd Vurğun bağında görüblər.
N.Bayramlı “Azərbaycan Uşaqlar Birliyi”ndə işləyir və xeyriyyəçiliklə məşğul olur. Evdən çıxarkən, o, anası və qardaşına vida məktubu qoyub. Bundan əlavə Nigar iki mobil telefonunu və zinət əşyalarını da özü ilə götürməyib.