Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Satış başlayır

30-11-2017, 09:45           
Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Satış başlayır
Yaxın 1-2 ayda Hövsan yaşayış kompleksinin tikintisinə başlanılacaq.

teref.az Xezerxeber-ə istinadən məlumat verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev bildirib ki, yaşayış kompleksinin layihəsi yekunlaşmaq üzrədir. Gələn ilin əvvəlində isə inşaat işlərinə başlanılması gözlənilir. Bunun üçün paytaxtın Suraxanı rayonunda 20 hektar torpaq sahəsi ayrılıb.

Kompleksin ərazisində tibb müəssisəsi və ictimai-iaşə obyektləri də tikiləcək. Bu məqsədlə özəl investorlarla danışıqlar aparılır.

Yasamal yaşayış kompleksində də ticarət mərkəzi tikiləcək. Yaxın zamanlarda bunun üçün 6-7 milyon manat özəl investisiyanın cəlb olunması gözlənilir. Yaşayış kompleksinə marşrut xətləri də çəkiləcək.

Yasamal yaşayış kompleksindəki ilk binalar 2018-ci ilin yay aylarında istifadəyə veriləcək. Mənzillərin satışına isə yaxın vaxtlarda başlanılacaq. Artıq alqı-satqı və ipoteka müqavilələrinin forması təsdiqlənib və elektron portalın satış modulu hazırlanır. Güzəştli mənzil əldə etmək üçün 8 mindən artıq müraciət var və 7300-ə yaxın şəxsi kabinet yaradılıb. Yasamal yaşayış kompleksindən güzəştli mənzil əldə edə bilməyənlərin Hövsanda inşa ediləcək kompleksdən mənzil almaq şansı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru