Azərbaycanın ən iri quşçuluq fabriki yenidən təşkil olunur

1-12-2017, 09:50           
Azərbaycanın ən iri quşçuluq fabriki yenidən təşkil olunur
2018-ci ilin yanvarın 4-də saat 10:30-da "Siyəzən Broyler" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bu barədə "Siyəzən Broyler" ASC-nin rəhbərliyi adından yayılan məlumatda deyilir.

İclasın gündəliyinə şirkətin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin yaradılması daxildir. Yenidən təşkili ilə əlaqədar komissiya yaradılacaq və ona müvafiq səlahiyyətlər veriləcək.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacib.

"Siyəzən Broyler" 1984-cü ildə tikilib istifadəyə verilib. Təyinatına görə Azərbaycanda ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatıdır. 2000-ci ildən etibarən "Siyəzən Broyler" fabriki ASC kimi fəaliyyətə başlayıb. Fabrikin illik ət istehsalı 21 min tondur. Təsərrüfatda quşların böyüdülüb saxlanılması üçün 178 bina var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru