Uşaqları intihara təhrik edən “Mavi balina” oyunu Azərbaycanda: "Damarlarını doğra, özünü as..."
5-12-2017, 11:24

Son günlər istər yerli, istərsə də xarici mətbuat vasitələrində azyaşlıları intihara sürükləyən “Mavi balina” oyunu ilə bağlı həyacanlı xəbərlər dolaşmaqdadır. Xatırladaq ki, son aylar bu oyuna alub intihar edən məktəblilərlə bağlı xəbərlər yayılır. Oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gəncin də bu oyunun təsiri altında özünü asdığı iddia olunurdu.
Ötən həftə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayılmışdı. İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri “Mavi balina” adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər.
Savash.org mövzuyla bağlı araşdırma aparıb və oxuculara maraqlı olacaq bəzi məlumatlar toplayıb. Həmin məlumatlarla tanış olaq:

Uşaqları intihara təhrik edən “Mavi balina” oyunu Azərbaycanda: "Damarlarını doğra, özünü as..."Bəs, nədir bu lənətə gəlmiş “Mavi balina”?
Bu oyun "Appstore və ya "Play market"dən yüklənmir. İnternetdə yayılan oyunun şərtlərindən biri məhz damarlarını kəsərək özünə xətər yetirməkdir.
Oyun "Facebook" səhifəsinə linklər vasitəsi ilə göndərilir. Əvvəldən oyun insana çox maraqlı gəlir, həm də digər oyunlardan heç bir fərqi olmur. Ona görə də "bu oyunu oynamaq istəyirsən?" sualına özündən asılı olmayaraq "bəli" cavabını verirsən. Beləliklə öncədən xəbərdarlıq edilir, ad və soyad qeydə alınır və oyuna başlanılır. Bu oyuna qatılan hər bir kəsdən həyacan və təhlükə dolu 50 təlimatı yerinə yetirmək tələb olunur. 50 günlük bir zamanı əhatə edən müddətdə dərin olmayacaq şəkildə qol və ayaqlarda bıçaqla izlərin qoyulması, daha sonra kimsəylə görüşməməsi, yüksək səslə musiqiyə qulaq asması kimi tələblər sıralanır. 50-ci günün tamamında isə iştirakçıya sonuncu mərhələ olan "yüksəklikdən tullanmaq və ya özünü asmaq” kimi əmr gəlir.

Uşaqları intihara təhrik edən “Mavi balina” oyunu Azərbaycanda: "Damarlarını doğra, özünü as..."“İntihar etməsən yaxınların öldürüləcək”
Əsasən yeniyetmələri hədəf alan “Mavi balina” indiyədək təkcə Rusiyada 130 azyaşlı və gəncin intiharına səbəb olub. Türkiyə, Qazaxıstan, Ukrayna, Hindistan və Qərbi Avropa ölkələrində də “Mavi balina”nın qurbanlarının olduğu faktdır.
Oyuna daxil olmaq istəyən şəxslərə “admin” tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə “oyunçu”dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. İntihar etmək istəməyənlər yaxınlarının öldürüləcəyi ilə qorxudulur.
Qeyd edək ki, Türkiyədə artıq bu oyuna qarşı "Ononimous" kampaniya başladıb. Ötən ay Türkiyə mətbuatında yayımlanan məlumata görə təkcə bir ay ərzində Türkiyədə iki gənc məhz bu oyunun təsiri altında intihar edib. Rusiyada isə 2015-cil ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 yeniyetmənin bu oyunun təsirindən intihar etdiyi məlum olub. Uşaqları, yeniyetmələri təsir altına salıb, onları intihara sövq edən "Mavi balina" artıq 2 ildən çoxdur ki, ölkəmizdə də virus kimi yayılmaqdadır.

Uşaqları intihara təhrik edən “Mavi balina” oyunu Azərbaycanda: "Damarlarını doğra, özünü as..."Oyunun yaradıcısı həbs olunub, intiharlar isə davam edir...
Bu ölüm oyunun yaradıcısı olan rusiyalı, 22 yaşlı Filip Budekin məhkəmə qərarıyla 3 illik həbs cəzasına məhkum edilsə də intiharlar dayanmaq bilmir. 2016-cı ildə həbsə atılan Budikinin məhkəmə çıxışındakı cümləsi isə adamın həqiqi bir monyak olduğunu bir daha təsdiqləyir: “Mən bu yolla cəmiyyətdə təmizlik aparmaq istəyirdim”.
Budikin həbsdədir, amma onun qurduğu oyunun qurbanları bir çox ölkələrdə ciddi müzakirə mövzusudur. Təxminən 12-16 yaş arası yeniyetmələr bu oyuna aludə olur. Burada qəbirə bir məqam var ki, bu oyun yeniyetmələri intihara sövq edir və bunu açıq şəkildə deyil, ovsunlayaraq, öz təsiri altına salaraq edir. Yeniyetmə bu oyunda hər etapı keçdikcə intihara daha da yaxınlaşır və bunun fərqində olmur. Bundan əlavə orda belə bir göstəriş də olur ki, "Bir neçə gün otağından çıxma, valideynlərinlə danışma". Bu məqamda artıq yeniyetmə valideyn arasında bir uçurum, soyuqluq yaranır ki, bu da çox təhlükəlidir, belə ki, uşaq daha da oyuna aludə olur.
Oyunda etapları keçdikdən sonra tələb olunur ki, hündür binanın üstünə çıx, özünə güvən qazan. Yeniyetmə də bu tələbi yerinə yetirir və sanır ki, bəli, mən bacarıqlıyam. Yeniyetmə bunu bacarıq kimi qəbul edir, amma bir daha qeyd edirəm, intihara yaxınlaşdığının fərqində olmur. Və yaxud digər təhlükəli tələblərdən biri bu olur: "Böyük ana yolun ortasında dayan, maşınların üzərinə gəldiyini gördüyün anda kənara çəkil". Beləliklə yeniyetmə oyun tərəfindən çox böyük ustalıqla idarə olunur.