Məşhur klinikada həkimin komaya saldığı qız öldü - Həkim qaçdı

5-12-2017, 17:28           

Bakıda "Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən 20 yaşlı Ayşən Mirzəyeva dünyasını dəyişib.

teref.az xəbər verir ki, bu barədə Medicina.az-a qızın valideynləri məlumat verib. Bildiriblər ki, uşaq bu dəqiqələrdə keçinib.

"Əməliyyatı aparan invaziv radioloq İlqar Hüseynov da qaçıb gizlənib. Tapa bilmirik ki, sözümüzü deyək. Xəstəxanadan heç kim çıxıb bir söz demir bizə”.

Xatırladaq ki, Ayşən Mirzəyeva noyabr ayının 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyatı invaziv radioloq İlqar Hüseynov aparıb. Proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb.

Materialı ətraflı BURADAN oxuya bilərsiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru