Bu ərazilərdə ev tikməyin: Rəsmi xəbərdarlıq

6-12-2017, 00:31           

Qurunt sularının mövcud olduğu ərazilərdə fərdi yaşayış evi tikmək sonradan bir sıra problemlərin ortaya çıxmasına səbəb olur. Bu baxımdan da vətəndaşlar torpaq sahəsi alarkən belə nüanslara xüsusi diqqət yetirməlidirlər. Milli geoloji kəşfiyyat xidmətinin rəisi Əziz Qaralovun vətəndaşlara bununla bağlı tövsiyyələri var.

Teleqraf.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əziz Qaralovun sözlərinə görə, qurumun əməkdaşları tərəfindən respublika ərazisində sürüşmə və subasma ərazilərinin atlası hazırlanaraq icra hakimiyyəti orqanlarına verilib.Vətəndaşlar torpaq sahəsi almazdan öncə həmin torpaq sahəsində qurunt sularının mövcud vəziyyəti ilə bağlı məlumatı həm icra hakimiyyəti orqanlarından, həm də Ekologiya və Təbii sərvətlər nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən öyrənə bilərlər.

Yeri gəlmişkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları paytaxtın bir neçə ərazisində araşdırma aparıblar. Məlum olub ki, Abşeron, Binəqədi və Sabunçu rayonlarının bir neçə ərazisində qurunt sularının səviyyəsi yüksəkdir.

Əziz Qaralovun sözlərinə görə, ərazilərdə qurunt sularının səviyyəsinin qalxmasına əsas səbəb həm atmosfer yağıntılarının normadan artıq olması, həm də ərazilərdə kanalizasiya sisteminin olmamasıdır.

Qurumdan həmçinin o da bildirildi ki, subasan bu ərazilərdə drenaj şəbəkəsinin qurulması vacibdir. (xezerxeber)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru