Taksilər sifariş gözləyərkən yalnız xüsusi duracaqlardan istifadə edə biləcək

11-12-2017, 16:39           

Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşıması həyata keçirən avtomobillər yalnız xüsusi müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.

Hurriyyet.org xəbər verir ki, bununla bağlı "Avtomobil nəqliyyatı haqqında" qanunun 20-ci (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) maddəsinə dəyişiklik edilir.

Layihəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. /apa/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru