Məmurların kompromat savaşı başlayıb?

11-12-2017, 19:20           
Məmurların kompromat savaşı başlayıb?
Son günlər bir sıra media orqanlarında kifayət qədər nüfuzlu məmurlarla bağlı müxtəlif səpkili informasiyalar yayılır. Düzdür, öncələr belə informasiyalar çox olurdu və bu adi hal hesab edilirdi. Amma sonralar müəyyən səbəblərdən belə informasiyaların yayımı dayandırıldı. Bu gün isə yeni dalğa hiss olunmağa başlayıb. 10may.az saytına daxil olan məlumata görə bu heç də təsadüf deyil. Başqa sözlə desək qarşıdan prezident seçkiləri gəlir və anlaşılan budur ki, məmurlar seçki öncəsi mövqelərini gücləndirmək üçün rəqib gördükləri simaların sıradan çıxarılmasında maraqlıdırlar. Bu isə istənilən hakimiyyət üçün sadəcə təhlükədir. Çünki bu prosesin sonunda adətən hakimiyyət daxilində qruplaşmalar əmələ gəlir. Bu səbəbdən çox böyük ehtimal ki, proses ən yüksək səviyyədə araşdırılacaq və növbəti qruplaşmanın yaranmasının qarşısı alınacaq. Bu isə yeni istefalarla nəticələnəcək.Bunu da qeyd edək ki, belə kompromat materiallar o qədər də nüfuzu olmayan olmayan mətbu orqanlarda dərc olunur və sonra müxtəlif ölkələrin nüfuzlu media orqanlarında tirajlanır.

10may.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru