"Kinder"dənuşaqlara təhlükəli"sürpriz" - SOS

12-12-2017, 09:14           
"Kinder"dənuşaqlara təhlükəli"sürpriz" - SOS

"Ən keyfiyyətsiz şokoladlar haqqında danışanda, ilk növbədə "Kinder"in adını çəkirik"
Bir neçə ildir uşaqların sevimlisinə çevrilən "Kinder" şokoladları haqqında mətbuatda ara-sıra xoşagəlməz məlumatlar yayılır. Bu yaxınlarda yerli və xarici mətbuatda bu barədə növbəti qalmaqallı xəbər yayımlandı.
Həmin məlumata görə, bir neçə ay öncə Böyük Britaniya vətəndaşı Sofiya Braun oğluna "Kinder" şokolad alıb. Oyuncağın bağlamasının üzərində "Minionlar"ın (Minions — Amerikanın animasiya komediyasının qəhrəmanları — red.) şəkli olduğundan ana fikirləşib ki, yumurtanın içində də bu seriyadan olan oyuncaq çıxacaq.
Lakin qadın yumurtanın içindəki plastik qabı açanda, gözlərinə inanmayıb. Belə ki, yumurtadan oyuncaq əvəzinə həblər çıxıb. Qadın həblərin nə olduğunu araşdırarkən dəhşətli həqiqət üzə çıxıb. Sən demə, bu, narkotik maddə imiş."Kinder" şokoladlarını qəti şəkildə uşaqlara vermək olmaz."Ən keyfiyyətsiz şokoladlar haqqında danışanda birinci növbədə "Kinder"in adını çəkirik. Həm şokoladın tərkibi çox keyfiyyətsizdir, həm də şokoladın içinə qoyulan plastmas qabın özü də keyfiyyətsizliyi ilə seçilir" — mütəxəssis deyib.
"Beləliklə, plastmas qabda olan zəhərli maddələr şokolada keçir. Nəticədə uşağın zəhərlənməsi baş verir. Alsalar da, oyuncağı ilə uşaqlar oynasın, amma qətiyyən şokoladını uşağa verməyin. Bir sözlə, ən təhlükəli, ən zərərli şokolad "Kinder"dir" — Sputnik.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.