Azərbaycanda tükürpərdici olay: Ata xəstə qızını küçəyə atdı – VİDEO

12-12-2017, 09:27           
Azərbaycanda tükürpərdici olay: Ata xəstə qızını küçəyə atdı – VİDEO
İki yaşlı Yağmur anadangəlmə serebral iflic xəstəsidir. Atası isə onu bu halda qəbul etmək istəmir.

teref.az-nun Xəzər TV-yə istinadən məlumatına görə, Yağmurun anası Nisə Məhərrəmova deyir ki, balacanın dünyaya gəlməsi onlar üçün ən böyük sevinc olub.

Bir müddət sonra onun serebral iflic xəstəsi olduğunu biliblər. Övladının xəstə olduğunu bilən ata isə qızından imtina edib.

Nisə Məhərrəmovanın sözlərinə görə, ilk vaxtlar əri onu övladını kimsəsiz uşaqlar evinə yerləşdirməyi təkid edirmiş. Ana isə buna razılıq verməyib və əlindən gəldiyi qədər uşağı müalicə etdirməyə çalışıb. Övladına görə ərindən ayrılan qadını isə indi öz doğma ata və anası da qəbul etmir. Müvəqqəti olaraq Bakıda sığınacaqda məskunlaşan körpə ilə ananın indi yaşamağa yerləri yoxdur. Yağmurun vəziyyəti isə günü- gündən daha da pisləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru