MOBİL OPERATORLARIMIZ BU İL NƏ QƏDƏR GƏLİR ƏLDƏ EDİB?

15-12-2017, 07:34           

Bu il mobil operatorlar 780 milyon manat gəlir əldə edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-noyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 552,9 milyon manatlıq xidmət göstərib ki, bunun da 72,6%-i əhali tərəfindən istehlak olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 50,2%-i (779,7 milyon manatı) mobil telefon rabitəsi sahəsində formalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru