Yolu kəsir, sonra da “xod gedir” – “Nə var ə” - VİDEO

15-12-2017, 08:31           

Bakıda yol hərəkəti qaydalarını öz bildiyi kimi “yazanlar” da var
Paytaxtda qayda pozaraq yolu kəsən sürücünün görüntüləri digər avtomobildə quraşdırılmış kameraya düşüb. Avtosfer.az xəbər verir ki, paytaxtın Bakıxanov küçəsində 90-XD-006 qeydiyyat nişanlı "Hyundai Sonata" markalı avtomobilin sürücüsü ikinci cərgədə avtomobili park edərək yolu kəsib. Həmin yoldan istifadə edən digər sürücü səs siqnalı ilə xəbərdarlıq edən zaman yolu kəsən sürücü bundan əsəbiləşərək "Nə var əə, o tərəfdən sür get" deyərək özünə haqq qazandırıb. Sonra isə əlavə edib ki, "bura yol yox, parkovkadır".

Görünür ki, bu sürücünün yol hərəkəti bilikləri sıfıra bərabərdir. Digər sürücülər tərəfindən bildirilən iradları isə özünə sığışdırmaq istəmir.
[media=https://www.youtube.com/watch?v=4wZKrUlfTeI]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.