Paytaxtda növbəti söküntü qalmaqalı: sakinləri heç kim dinləmir

16-12-2017, 00:57           
Paytaxtda növbəti söküntü qalmaqalı: sakinləri heç kim dinləmir
Uzun müddətdir ki, paytaxtın müxtəlif ərazilərində söküntü-tikinti işləri aparılır. Nazirlər Kabinetinin müvafiq qərarı ilə köhnə binalar sökülüb yeniləri ilə əvəz edilməli və sakinlər yeni mənzillərlə təmin edilməlidir.

Qərarda, həmçinin qeyd edilir ki, qəzalı vəziyyətdə olan binaları söküb, yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri yeni yaşayış binası tikilənədək köçürülən sakinlərin kirayə pulunu ödəməli və həmin sakinlərə yeni tikiləcək binada müvafiq mənzillər ayrılmalıdır. Və bütün bu proses hüquqi və fiziki şəxslərin razılığı ilə həyata keçirilməlidir.

O da nəzərdə tutulur ki, hüquqi və fiziki şəxslərin razılığı ilə mülkiyyətlərində və ya istifadələrində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq dəyəri ödənilməklə əldə edilməsi və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalıdır.

Ancaq təəssüf olsun ki, bəzi tikinti şirkətləri və onların himayədarları olan rayon icra hakimiyyətləri heç də hər zaman müvafiq qərarın bəndlərini nəzərə almır. Belə xoşagəlməz hallar da sakinlərin ciddi etirazına səbəb olur, hətta aksiyalar keçirilməsi ilə nəticələnir.
MUSTEQIL.AZ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru