Qadağandır, amma Bakıda almaq olur - Video

18-12-2017, 01:34           
Qadağandır, amma Bakıda almaq olur - Video
Paytaxtda azyaşlılara siqaret satılır.
teref.az Xəzər xəbər-ə istinadən xəbər verir ki, faktı təsdiqləyən görüntülər Bakının Xətai rayonunda lentə alınıb. Videonu kənardan prosesi izləyən vətəndaşlar çəkib.
Məsələ ilə bağlı köşkün satıcısının rəyi isə diqqət çəkib. O, videodakı köşkün onlara aid olmadığını və siqareti 18 yaşından yuxarı şəxslərə satdıqlarını iddia edib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, yetkinlik yaşına çatmayan uşaqlara tütün məmulatlarının satılması qadağandır. Qaydalara əməl etməyənləri 100 manat cərimə gözləyir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru