Bunları etmədən sürücülük vəsiqəsini dəyişə bilməzsiniz - VİDEO

20-12-2017, 00:46           
Bunları etmədən sürücülük vəsiqəsini dəyişə bilməzsiniz - VİDEO
Cərimələr ödənilməsə avtomobilin qeydiyyatı da aparılmayacaq
Avtomobillərin qeydiyyatı və təkrar qeydiyyatı, onların texniki baxışdan keçirilməsi, eləcə də sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı sürücülərdən cərimələrinin ödənilməsi tələb ediləcək. Avtosfer.az xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, dəyişiklikləri bir neçə aspektdən qiymətləndirmək lazımdır. Əvvəla, ilkin və təkrar qeydiyyat zamanı cərimələrin ödənilməsini tələb etmək müsbət haldır. Ekspertin sözlərinə görə, xüsusilə sürücülük vəsiqələri dəyişdirilərkən cərimələrin ödənilməsi tələbi sürücülər üçün sürpriz yarada bilər.

Cərimələrin vaxtında ödənilməsini sürücülər də yararlı hesab edirlər.

Sənədləşmə işlərində problem yaşamaq istəməyən sürücülərin davamlı olaraq cərimələrinin olub-olmadığını yoxlamaları tövsiyə edilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru