Azərbaycan neftinin qiyməti 66 dolları keçdi

20-12-2017, 08:54           
Azərbaycan neftinin qiyməti 66 dolları keçdi
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 18-də 66,12 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,21 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 18-də 65,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,21 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 18-də 62,08 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,28 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə dekabrın 18-də 63,82 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.