“WhatsApp”dan daha bir möhtəşəm yenilik — Beləsi olmamışdı

7-02-2018, 23:51           

«WhatsApp» messenceri fevralın 6-dan səsli rabitə ilə ünsiyyət quran müsahiblərin sayını 5 nəfərə qədər artırıb.

Unikal.org xəbər verir ki, artıq «WhatsApp»ın köməyi ilə eyni anda 5 nəfər danışa biləcək.

Bildirilir ki, hazırda bu funksiya test rejimində işləyir. Onun «WhatsApp» istifadəçiləri üçün bir neçə həftədən sonra əlçatan olacağı gözlənilir. Biri-biri ilə danışan iki şəxs söhbətlərinə daha üç nəfər əlavə edə bilmək üçün mobil internet və ya Wi-Fi-dan istifadə etməlidirlər. Messencerin sağ yuxarı hissəsində tərtibatçılar söhbət üçün yeni iştirakçıları əlavə etməyə imkan verən düymə yerləşdiriblər. Bu müsahiblərin əlaqə nömrələri cihazın telefon kitabçasında olmalıdır.

Qeyd edək ki, belə bir funksiya «Skype»dan başqa «WhatsApp»ın heç bir analoqunda mövcud deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru