Göyçaylı ailə ölümlə üz-üzədir – Fotolar
27-03-2018, 08:36

Göyçayda bir ailənin həyatı təhlükə qarşısındadır. teref.az -ya yazaraq kömək istəyən Fətəliyevlər ailəsi Xəlitli kəndində hər an uça biləcək qəzalı evdə yaşayırlar. Ailənin başçısı Gülməmməd Fətəliyev redaksiyamıza yolladığı məktubda yazır : “3 nəfəlik ailəmlə birlikdə Göyçay rayonu Xəlitli kəndində qəzalı vəziyyətdə olan yararsız evdə təhlükə altında yaşayırıq. Hər axşam kəlmeyi-şəhadətimizi deyib yatırıq ki, yuxuda olan zaman ev uçsa ölə bilərik. Evimizin dam örtüyü tam yararsız oldğu üçün yağış otaqların içinə yağıb deyə evimiz tam yararsız və qəzalı vəziyyətdədir. Bir otaqlı evimi köhnə tikinti materialı ilə tikmişdim. Buna görə də ev tezliklə yararsız vəziyyətə düşdü. Himayəmdə olan azyaşlı məktəbli qızım evə qorxa-qorxa daxil olur ki, hər an ev uça bilər. Evimizə yağış suları yağdığı üçün özüm də, həyat yoldaşım da, azyaşlı qızım da xəstəliyə düçar olmuşuq. Bəlkə də Azərbaycanda ikinci belə bir acınacaqlı vəziyyətdə yaşayan ailə yoxdur. Ailədə heç kəs işləmir. Çıxılmaz vəziyyətdə qalmışıq”.

Şikayətçi daha sonra yazır ki, dəfərlərlə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qəbulunda olub: “Ərizələrlə müraciət etmişəm ancaq, heç bir faydası olmayıb. İcra hakimiyyətinin başçısı qəbulda mənim evimin təmir edilməsi üçün işlənmiş köhnə tikinti materialları veriləcəyini desə də əməl etmədi”.
Mövzu ilə bağlı Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, suallarımız cavabsız qaldı.