Səbail DYP-sinin rəisindən nümunəvi ADDIM - "Biz rəisə təşəkkür edirik"

29-03-2018, 19:54           
Səbail DYP-sinin rəisindən nümunəvi ADDIM - "Biz rəisə təşəkkür edirik"
Redaksiyamıza müraciət edən Səbail rayon Şıxov qəsəbəsi sakinləri rayonun Dövlət Yol Polisinin rəisi Cəmşid Hənifəyevdən razılıq edirlər. Bu barədə DİA.AZ-a danışan sakinlər bildirir ki, 3 həftə əvvəl onların yaşadıqları 12-ci massivdə insident baş verib:

"Belə ki, "99MV201" dövlət nömrə nişanlı "KAMAZ" markalı yük maşını onların yaşadığı və dalan olan, heç bir yolun olmadığı əraziyə girərək ətrafdakı yaşıllığı məhv etməklə yanaşı, həm də yol təsərrüfatına da ciddi ziyan vurub. Nəticədə yola 1000 manata yaxın ziyan dəyib".

Sakinlər bildirir ki, bununla bağlı "102" xidmətinə müraciət ediblər: "Etdiyimiz müraciətə dərhal reaksiya verilib və əraziyə DYP nümayandələri göndərilib. Və bu işlə birbaşa olaraq rayon DYP-sinin rəisi Cəmşid Hənifəyev məşğul olaraq yol təsərrüfatına vurulan ziyanın ödənilməsi üçün bütün zəruri addımları atıb".

DİA.AZ-a danışan Şıxov sakinləri bildirir: "Biz rəisə təşəkkür edirik və bu cür diqqətinə görə, onun kimi polis əməkdaşları ilə fəxr etdiyimizi xüsusi olaraq qeyd etməyi özümüzə borc bildiyimizi bəyan edirik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru