ABŞ-ın Ədliyyə Nazirliyi Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı ilk sənədi Konqresə təqdim edib

12-04-2018, 07:19           
ABŞ-ın Ədliyyə Nazirliyi Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı ilk sənədi Konqresə təqdim edib
ABŞ-ın Ədliyyə Nazirliyi Konqresin Kəşfiyyat Palatasının nümayəndələrinə Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı ilk sənədi təqdim edib.

"Report" xəbər verir ki, bu barədə "Hill" mənbəyə istinadən xəbər verir.

Bildirilir ki, sənəd Federal Təhqiqat Bürosunun Donald Trampın qərargahının prezident seçkiləri öncəsi Rusiya ilə əlaqələrinə dair təhqiqatına əsaslanan məlumatlar toplusudur.

Qeyd edək ki, ABŞ-ın ayrı-ayrı qurumlarının və Demokratlar Partiyasının üzvləri Rusiyanın Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı dəfələrlə ittihamlar irəli sürüblər. Rəsmi Moskva isə Birləşmiş Ştatlarda keçirilən seçkilərdə müdaxiləsi barədə ittihamları təkzib edərək tamamilə əsassız adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru