Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır –Dünya bazarında

13-04-2018, 09:02           

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti 74,48 dollar/barel təşkil edib ki, bu da dünənə olan göstəricidən 1,9 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Azərbaycan neftinin qiyməti sonuncu dəfə 2014-cü il noyabrın 28-də 74 dollar/bareli ötmüşdü. Belə ki, həmin vaxt “Azeri Light”ın bir bareli 74,52 dollar olub.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 73,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 11-də 69,65 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,68 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə aprelin 11-də 72,55 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,28 dollar/barel çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru