“Feysbuk” informatorları mükafatlandıracaq

13-04-2018, 09:09           

“Feysbuk” sosial şəbəkəsi tərəfindən elan edilmiş “Data Abuse Bounty” proqramı çərçivəsində şirkət məlumatlardan qanunsuz istifadə edən kənar mobil proqram tərtibatçıları haqda məlumata görə ödəniş edəcək. Bu haqda “Feysbuk”un bloqunda məlumat verilib.

Teleqraf.com “ICTnyus”-a istinadən xəbər verir ki, yeni proqram “Feysbuk”da boşluqların axtarışı üzrə mövcud proqramla paralel fəaliyyət göstərəcək. “Feysbuk” kənar proqramlar tərəfindən istifadəçi məlumatlarının toplanaraq onların üçüncü tərəfə ötürülməsi ilə bağlı sübut təqdim edən şəxslərə 40 min ABŞ dollarınadək mükafat ödəyəcək.

“Feysbuk” mümkün pozuntular haqda bütün məlumatları maksimum dərəcədə tez araşdıracağına dair söz verib. Məlumatların qanunsuz istifadəsi haqda informasiya təsdiq edildiyi halda sosial şəbəkə qaydaları pozan mobil proqramın işini dayandıracaq, zərər dəymiş istifadəçilərə xəbərdarlıq edəcək, ehtiyac olduqda istifadəçi məlumatlarını satan və onları alan şəxslərə qarşı məhkəmədə iddia qaldıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru