Oğlana yox dediyinə görə tanınmaz hala salındı - FOTO

13-05-2018, 23:14           
Oğlana yox dediyinə görə tanınmaz hala salındı - FOTO
Hindistanda hər il kişi zorakılığına məruz qalan yüzlərlə qadın var. Onlar hər dəfə kişi zorakılığının qurbanı olur və çəkdikləri işgəncə isə dözülməzdir. Onlardan biri də 15 yaşlı Lakşımdir. Onunla görüşmək istəyən oğlana yox, dediyi üçün üzünə “kislota” tökülüb. Bundan sonra gənc qız doqquz həftə xəstəxanada müalicə olunub. Bir çox əməliyyatlar keçirsə də, hələ də öz əvvəlki görünüşünə qayıda bilmir. Bunu edən isə qızın 32 yaşlı qardaşının dostudur.

Olanları gənc qız belə nəql edib:

“O, hər gün mənə yazırdı və deyirdi ki, cavab verim. Amma mən isə hər dəfə onun yazdıqları qarşısında susurdum. Bir gün şəhərdə dayanacaqda avtobus gözləyərkən o, mənə yaxınlaşdı və əlindəki “kislota”nı sifətimə tökdü. Mən həmin vaxt əllərimə üzümü tutub qışdırdım. Hiss edirdim ki, üzüm yanır. Yaxındakı insanları da köməyə çağırdım. Bundan sonra xəstəxanaya yerləşdirildim. Sonra ev şəraitində müalicə olundum. Səkkiz il mən evdən bayıra çıxmadım.
Məni bu günə qoyan adam həbs edilsə də, sonradan azadlığa çıxdı. Ailə qurdu. Mən isə hələ də öz normal həyatıma qayıda bilmirəm. Üzümdəki probemə görə işə də götürmürlər”.

Lakşim bu hüsuma məruz qalan on qadından biridir.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.