“Facebook”la bağlı növbəti QALMAQAL

15-05-2018, 12:40           

“Facebook” sosial şəbəkəsi ilə bağlı növbəti qalmaqal üzə çıxıb.
“Ölkə.Az” xəbər verir ki, 3 milyon istifadəçinin şəxsi məlumatı 4 il ərzində ümumi istifadədə olub. Bu, “myPersonality” adlı psixoloji testlər mobil tətbiqinin istifadəsi səbəbindən baş verib.

6 milyondan çox insan bu testlərdən keçib. Onların yarısı layihəni “Facebook” səhifələrində paylaşmağa razılıq veriblər. Nəticədə bu məlumatlar uyğun təhlükəsizlik qaydaları olmadan yerləşdirilib. Buraya yaş, cinsiyyət, yaşayış yeri, testlərin nəticələri və digər detallar aiddir. Hazırda “Facebook” “myPersonality” mobil tətbiqinin fəaliyyətini dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru