İran mərkəzi bankının rəhbəri ABŞ-ın sanksiyalar siyahısına daxil edilib 16-05-2018, 07:36 İran Mərkəzi Bankının rəhbəri Vəliyolla Seyif ABŞ-ın sanksiyalar siyahısına daxil edilib.Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Maliyyə Naziriliyi məlumat yayıb.Məlumatda deyilir ki, V.Seyif İranın İslam İnqilabı Keşikçiləri Korpusuna dəstəyə görə sanksiyalar siyahısına əlavə edilib.Bundan əlavə, sanksiyalar siyahısına bir iranlı, bir İraq vətəndaşı, və "Əl-Bilad" bankı əlavə edilib. Facebook-da paylaş