Bakıda ana doğuş zamanı dünyasını dəyişdi, övladı isə sağ qaldı — TƏFƏRRÜAT

20-06-2018, 14:02           
Bakıda ana doğuş zamanı dünyasını dəyişdi, övladı isə sağ qaldı — TƏFƏRRÜAT
teref.az yazır ki, ötən gün Nizami rayonunda yerləşən 7 saylı doğum evində ölüm faktı qeydə alınıb. “Ölkə.Az”ın məlumatına görə, 1987-ci il təvəllüdlü Sultanxanım Mütəllim qızı Mədətxanova doğuşdan sonra dünyasını dəyişib. Doğuş zamanı dünyaya gələn oğlan uşağı isə sağ qalıb.

Doğum evindən “Ölkə.Az”a verilən məlumata görə, ana dünən səhər doğuşa götürülüb, 4 kq çəkidə oğlan uşağı dünyaya gətirib, təxminən 3-4 saat sonra ilkin ehtimallara görə, ürəyindəki problemlə bağlı dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nizami rayon şöbəsinə göndərilib.

Qeyd edək ki, S. Mədətxanova bu doğuşa qədər dünyaya 2 övlad gətirib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırmalara başlanılıb. Ölüm faktı ilə bağlı ekspertiza təyin olunub, təxminən 20 gün sonra ölümün dəqiq səbəbi məlum olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru