Monitorinqin nəticəsi: Kür və Arazın suyunda təhlükə var

5-08-2018, 11:41           
Monitorinqin nəticəsi: Kür və Arazın suyunda təhlükə var
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayında növbəti monitorinq həyata keçirib.

Nazirlikdən monitorinqlə bağlı Qaynarinfo-ya verilən məlumata görə, iyul ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının II ongünlüyünə nisbətən 6 m3/san azalaraq 115 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən çirklənməyə məruz qalan Kür çayı və onun qollarında suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların YVQH-dən bir neçə dəfə artıq olması müşahidə edilib. Suyun tərkibindəki biogen maddələr Kür çayı Şıxlı-2 məntəqəsində normanı keçib. Bu çaylarda çirklənməyə səbəb Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri olub.

Belə ki, iyul ayının III ongünlüyündə Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafaçay su anbarında, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə aparılan monitorinqlərin nəticələrinə görə fenollar 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,70–7.66 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru