Qaxda körpü uçdu - Rayonla əlaqə kəsildi - VİDEO

11-08-2018, 11:47           
Qaxda körpü uçdu - Rayonla əlaqə kəsildi - VİDEO
Qaxda yağan güclü yağışlar ciddi fəsadlar törədib.

Yenicag.az xəbər verir ki, gələn sel rayonun Çinarlı kəndinin yeganə keçidi olan Ərdəva çayının körpüsünü uçurub. Kəndin rayonla əlaqəsi kəsilib. Hazırda kənddə olan turistlər evlərinə qayıda bilmirlər.

Qeyd edək ki, sözügedən körpünü 2011-ci ildə də sel aparıb. Buna baxmayaraq, bərpa olunmayıb. Kənd sakinləri tərəfindən kiçik körpü salınsa da, onu da sel aparıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.