Azərbaycanda istehsal olunacaq benzin “Avro-5” standartına cavab verəcək

10-10-2018, 07:49           
Azərbaycanda istehsal olunacaq benzin “Avro-5” standartına cavab verəcək
Bakıda neftayırma zavodunun yenidən qurulması, modernləşdirilməsi prosesi gedir. Bu da çox önəmli sənaye layihəsidir.Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bugünkü iclasında bildirib.

Dövlət başçısının sözlərinə görə, “bu bizə imkan verəcək ki, daha keyfiyyətli neft məhsulları istehsal edək”.

“Yenidənqurma başa çatandan sonra Azərbaycanda istehsal olunacaq benzin “Avro-5” standartına cavab verəcək. Bu da ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcəkdir. Eyni zamanda, bu zavodun yenidənqurulması, modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək”, – deyə, Prezident bildirib.

İ.Əliyev Neftçala Sənaye Parkında artıq “Xəzər” adlı avtomobillərin istehsal olunduğunu qeyd edib və bildirib ki, bu da çox gözəl hadisədir: “Mənə verilən məlumata görə, 300-ə yaxın avtomobil istehsal olunub. Onların böyük hissəsi, 200-dən çoxu artıq satılıb. Bu zavodun illik istehsal gücü 10 min ədəd avtomaşındır. Əgər daxili tələbat və ixrac tələbatı olarsa, zavod bu səviyyəyə qalxa bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru