İlhamə Quliyevanın keçmiş köməkçisi saxlanıldı - "Bəli, həyat yoldaşımı dünən tutublar"
20-10-2015, 11:44
Xalq artisti İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova (Bəylərqızı) saxlanılıb
teref.az xəbər verir ki, bu barədə məlumatı ölkə.az-a İ.Quliyeva özü verib. Faktı keçmiş köməkçinin həyat yoldaşı da saytımıza təsdiqləyib, lakin əlavə bir söz deməkdən imtina edib: "Bəli, həyat yoldaşımı dünən tutublar. Amma əlavə heç nə demək istəmirəm".
Xatırladaq ki, İlhamə Quliyeva M.Hüseynova barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Xalq artisti bir neçə gün öncə keçirdiyi mətbuat konfransında keçmiş köməkçisinin onun həyatına qəsd etmək istədiyini bildirmişdi.