İlhamə Quliyevada MTN-i vurdu
20-10-2015, 13:57
“Mehriban Hüseynovanın arxasında Milli Təhlükəsizlik Nazirliyinin Amil adlı əməkdaşı dayanır”.
Bunu AzNews.az-a açıqlamasında Xalq artisti İlhamə Quliyeva xadiməsi Mehriban Hüseynovanın həbsinə münasibətində deyib. Onun sözlərinə görə, M.Hüseynova dünən həbs olunub: “Hər halda bu zəncirvari məsələdir. Bu işdə əli olan adamlar var. Yəni, tək Mehribanlıq deyil. Kim onu buraxdırıbsa, bu haqda mən dövlət başçısına, Daxili İşlər Nazirliyinə məlumat vermişəm. Mehriban həşəratdır, icraçıdır. O, Milli Təhlükəsizlik Nazirliyində Amil adlı şəxslə əlaqədə olub. Vaxtaşırı nazirliyin qarşısına gedirmiş, göstərişlər alırmış. Amil ayda ona pul verirmiş. Mən onu evə dəvət edəndə Amil onu maşını ilə yola salıb”.
İ.Quliyeva deyib ki, bu işin arxasında dayanan insanların hamısı cəzasını alacaq: “Onu Bakı Şəhər Baş Polis İdarəsindən buraxdıran adam da həbs olunacaq. Mehribanın cinayətləri çoxdur, haradasa 15 il iş alacaq. Mən bunu tələb edəcəm”.
Xatırladaq ki, İlhamə Quliyeva M.Hüseynova barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Xalq artisti bir neçə gün öncə keçirdiyi mətbuat konfransında keçmiş köməkçisinin onun həyatına qəsd etmək istədiyini bildirmişdi.