Minilliklərin sirri açıldı: Arxeoloqlar əfsanəvi Atlantidanın izlərini aşkar etdilər

3-07-2025, 16:48           
Minilliklərin sirri açıldı:
İspaniyanın cənub-qərbində, Kadis sahillərinə yaxın ərazidə mifoloji Atlantidanın qalıqları aşkar edilib.

"Daily Mail"ın verdiyi məlumata görə, bu barədə arxeoloq Maykl Donnellan xəbər verib.

Onun sözlərinə görə, səkkiz il hidrolokator və digər qurğular vasitəsilə axtarış aparıb və nəhayət dəniz dibində 6 metr hündürlüyündə nəhəng dairəvi divarlardan ibarət kompleks tikililər, həmçinin Poseydon məbədinin xarabalıqlarını tapıb. Divarlar sunaminin dağıntılarına məruz qalıb.

Tədqiqatçılar bu kəşfin Atlantida ilə bağlı müzakirələri dəyişdirəcəyini və onun mövcudluğunun mif yox, fakt kimi qəbul olunmasına səbəb olacağını düşünürlər.

Qeyd edək ki, Atlantidanın mövcudluğu ilə bağlı mübahisələr qədim dövrlərdən davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru