Leyla Şıxlinskaya Amaliya Pənahovanı ələ saldı - VİDEO

27-10-2015, 15:43           
Leyla Şıxlinskaya Amaliya Pənahovanı ələ saldı - VİDEO
Əməkdar artist Leyla Şıxlinskaya "5-ci element" verilişində maraqlı açıqlamaları ilə yadda qalıb.

Axşam.az-ın məlumatına görə, o, "Gün keçdi" filmindəki onun Əsmər rolunu səsləndirən xalq artisti Amaliya Pənahovanı ələ salıb:

"Hər kəs bu rolu öz bildiyi kimi qavrayır. Amaliya xanım və başqa aktrisalar Əsmər obrazının sınaq çəkilişlərində iştirak ediblər. Məsələ yaşda deyil: kim kimdən böyükdür, kiçikdir. Sadəcə, onlar başqadırlar. Onlar bu rola yetkin qadın kimi yanaşdılar. Oradakı ehtiraslı səslər də obraza mane olurdu. Filmdəki münasibətlər daha incə, kövrəkdir. (Amalya Pənahovanı yamsılayır - red.) Filmdəki səsləndirməni eşidəndə tüklərim biz-biz oldu. Axı orada hər şey daha zərif idi".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.