Filip Kirkorovun Bakıya gəlməsini ermənilər Lavrova xəyanət kimi qiymətləndirdi
27-07-2019, 10:29
Məşhur estrada müğənnisi Filip Kirkorovun Bakıya “Jara” festivalına gəlməsi erməniləri əsəbləşdirib.
Erməni mediasının ən qatı anti Azərbaycan mövqeyində duran jurnalistləri Kirkorovu qınayaraq onun Bakıya gəlməsini xəyanət adlandırıb və atasının erməni kökənli Bedros olduğunu xatırladıblar.
Kirkorovun Bakı küçələrində uşaqları ilə sakit gəzməsinin siyasət olduğunu, guya Bakıda ermənilərə sakit yanaşıldığı görüntüsü yaratmaq kimi dəyərləndirən erməni mediası futbolçu Mxitaryanı yada salıb, müğənniyə onun kimi hərəkət etməyin vacibliyini qeyd ediblər.
Ermənilər həmişəki kimi şantajçı xarakterlərinə sadiq qalıb, ortaya Rusiyanı da qatıb. Erməni kökənli rusiya vətəndaşlarının Azərbaycana gəlişinə qoyulan məhdudiyyətlərlə bağlı Rusiya XİN-in Bakıya ünvanladığı etirazı xatırladan ermənilərin gəldiyi son qənaət belədir:
“ Belə nəticə çıxarmaq olar ki, Kirkorovu Rusiya XİN-ə qarşı qoyublar, daha doğrusu xarici işlər naziri Sergey Lavrov-Kalantaryana”.
Bu yaxınlarda Naxçıvandan erməni kəndinə atılan atəşi erməni mediasaı “Türkiyənin Rusiyaya açdığı atəş” adlandırıb, cavabın Rusiya verməsə ABŞ verəcək demişdi. “Qulu azad edəndə gedib özünə yeni ağa axtarar” misalı tam ermənilərə görədir. Məxməri inqilab etməklə deyil, bunlar ağasız yaşaya bilməyən qul təfəkkürlü məxluqdurlar.
Belə xırda hadisələrə məhəl qoymaq, ona vaxt ayırmaq bizə heç nə verməyəcək. Qarabağın azadlığını gerçəkləşdirmək üçün bu qulların, ağasız yaşaya bilməyən nökərlərin üstünə getmək lazımdır. Ağa da qullarından narazıdır.
moderator.az