Tanınmış müğənni Xatun Əliyeva Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin növbəti qonağı olub. “Yeni Sabah” xəbər verir ki, sənətçi Hacı Nuranla bağlı danışıb. Xatun son zaman dəb olan "hacı" sevgili məsələsinə zarafatyana toxunub: "Gördüm ki, hamı hacı tapıb ərə gedir. Mən neynəməliyəm ki? Mən Hacı Nuranı tapdım axırda. Dedim ki, Hacı məni saxlama, iti, pişiyi saxlayarlar. Hacı məni al".