Cənubi Koreyada tanınmış pop-ulduz mənzilində ölü tapılıb
25-11-2019, 06:06
28 yaşlı cənubi koreyalı müğənni və aktrisa, “Kara” pop qrupunun keçmiş üzvü Qu Hara Seulun nüfuzlu ərazilərindən birində yerləşən mənzilində ölü tapılıb.
APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Polis intihar ehtimalını istisna etmir. Bildirilir ki, bu ilin may ayında Qu Hara artıq bir dəfə özünü öldürməyə cəhd edib.