Mətanət Əsədovanın efir mədəniyyətindən “incilər”... + Videolar

13-03-2020, 00:00           
Mətanət Əsədovanın efir mədəniyyətindən “incilər”... + Videolar
Bu gün hansı sənətçini dindirsən “Mən qalmaqalı sevmirəm” deyir. Amma danılmaz faktdır ki, əksər şou-biznes nümayəndələri həm bilərəkdən, həm də bilmədən qalmaqalla gündəmə gəlir.

Belə müğənnilərdən biri də Mətanət Əsədovadır. Xanım sənətçinin tez-tez efirdəki davranışları, leksikonu mütəmadi olaraq diqqəti cəlb edir və bu da onunla nəticələndi ki, müğənniyə efir qadağası qoyuldu.

O, qonaq olduğu telekanallarda dəfələrlə təhqiramiz, ədəbsiz ifadələr, söyüşlər, efir etikasına, milli-mənəvi dəyərlərə zidd davranışlar sərgiləyib.

Məsələn, 2018-ci ildə qalmaqal yaşadığı Sərxan Kərəmoğlu haqda Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişində qeyri-etik ifadələr səsləndirmişdi:

“Ay Səni yerə soxum. Tolik, sənin ayağının altındakı toz Sərxandan üstündür. Milçəksən, səni əzəcəm. Ağıllı ol! Sən kimsən mən sənin verilişinə gəlim? Səni bağışlamayacağam. Gedək həkimə, mən qadınlığımı sübut edəcəm, amma sən kişiliyini sübut edə bilməyəcəksən. Allah verdiyini sən əldən vermisən. Kimsən axı sən?!”

Bir neçə gün öncə də eyni verilişdə müğənni ilə Əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanıb. Təhqir olunduğunu iddia edən sənətçi Əməkdar artistin ünvanına ağır sözlər deyib:

"Bir dəqiqə, ay qız. Onun səsini kəsin. Danışma Elza. Səsini bağla, onu eşitmək istəmirəm. Ulaq da sənsən! Elza, sən məni heç kimlə səhv salma. Bir az ehtiyatlı ol. Tək sən yox, sənin timsalında olanlar. Ayıb olsun sənə! Bəstəkar adını almısan, o da sənə haram olsun. Əməkdar adı ayıb olsun sənə. Utanmırsan, yekə qadınsan, ulaqdan, atdan danışırsan? O kimdir axı mənlə elə danışır? Siz bunlara nə boyda ixtiyar vermisiniz? Hələ ki, səni ulaq yerinə qoyub, səni çırpırlar. Ağıllı ol, tərbiyən olsun. Sənin mənlə şəxsi münasibətin varsa, heç Manafın da ağzını açmağa qoymaram. Manafın da yerinə sənin cavabını verərəm. Təkbətək görüşüb, lazım olan yerdə sənin cavabını verərəm. Çaşma".

Bundan öncə də M.Əsədovanın efirdə kifayət qədər qalmaqalları olub. 2015-ci ildə “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni arasında qalmaqal yaşanmışdı. Müğənni geyiminə irad tutan yazarın ünvanına söyüşlər səsləndirib, təhqir etmişdi:


“Sən kimsən? Əvvəla sizə ixtiyar vermirəm ki, mənim geyimimə, davranışıma, dünya boyda olan sənətimə söz deyəsiz. Sənə nə var mən efirə necə geyinirəm? Heç mən səni görmək də istəmirəm. Kaş elə sənin bütün müğənnilərin mənim kimi geyinsin, oxuduğumun 1 faizini oxusun. Əlini sal aşağı! Əccəb edirəm, belə çıxıram. Biz olmasaq, sizin yazdıqlarınızı oxuyan olmaz. Nə gündəsiniz?”


2017-ci ildə ARB TV-də yayımlanan “Səhər-Səhər” verlişində də müğənni ilə yazıçı-kulturoloq Aydınxan Əbilov arasında gərgin anlar yaşanmışdı. A.Əbilovun “Mətanət Əsədova özünü qalmaqalla reklam edir” deməsi müğənnini özündən çıxarıb və Əsədova əsəbiləşərək efiri tərk etmişdi:

"Ay balam günahla danışmayın. Mən gedim. Mən o kişini tanımıram. İncimirəm sizdən. Mən heç vaxt yüngül reklam eləməmişəm. Bu cür xanım sənətkarınız var. Ayıb olsun sizə!"

2018-ci ildə isə Mətanət Əsədova daha bir qalmaqalla gündəmə gəlmişdi. Aparıcı Sərxan Kərəmoğlu ilə müğənni arasındakı görüntülər Lider TV-də yayımlanan "Evimin qonaqları” adlı proqramın çəkilişi zamanı çəkilmişdi. Yayılan videoda Sərxan Mətanəti öpüşlərə qərq edir. Əvvəlcə müğənniyə "Öp məni” deyən Sərxan daha sonra Mətanəti yanağından, boynundan, çiynindən öpmüşdü. Yayılan görüntülər ictimaiyyət tərəfindən birmənalı qarşılanmamış və biabırçı adlandırılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.