İnsanların üstünə öskürüb onları videoya çəkən bloger həbs olundu

15-03-2020, 12:08           
İnsanların üstünə öskürüb onları videoya çəkən bloger həbs olundu
Qazaxıstanın Almatı şəhərində insanlarla zarafat edərək bunu videoya çəkən şəxs 10 sutkalıq müddətə həbs edilib.


RİA xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.


Bildirilir ki, 23 yaşlı bloger koronavirus xəbərləri fonunda əhali ilə qəddar zarafat edib. Belə ki, o metroda insanların üstünə öskürərək onlarda təşviş yaradıb. Öz hərəkətlərini videoya çəkərək internetə qoyan bloger bununla da hüquq-mühafizə orqanlarının diqqətini çəkib.


Bloger artıq izləyicilərindən üzr istəyib. O, koronavirusa yoluxmadığını, bu hərəkəti ilə heç kimi qorxutmaq istəmədiyini də bildirib. (Oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru