"Təslim olmayacayıq, irəli İtaliya, üzləşdiyimiz virus bizə qalib gəlməyəcək!" - İtalyanlar virusa meydan oxudular VİDEO

15-03-2020, 14:50           
"Təslim olmayacayıq, irəli İtaliya, üzləşdiyimiz virus bizə qalib gəlməyəcək!" - İtalyanlar virusa meydan oxudular VİDEO
Virusa qarşı İtaliya dövlətinin gördüyü ciddi tədbirlərə, vətəndaşlardan dəstək gəlib.
İtalyanlar koronavirusa fleşmobla meydan oxuyublar. Dünyada trendə çevrilən fləşmobda azərbaycanlı tələbələrə də fəal iştirak edib.

Kimi mahnı oxuyur, kimi isə rəqs edir.

İtaliyada eyni saatda bütün evlərin eyvanlarında bu mənzərə yaşanıb. Eyvanlara çıxan vətəndaşlar virusa qarşı bir-birinə belə dəstək olub.

Romada təhsil alan Günay Fərzəlibəyli bildirir ki, İtaliyada olan səfirliyimiz vətənə qayıtmaq istəyən tələbələrə müraciət edib. Onun özü isə hazırda İtaliyada qalmağı düşünür.

Qeyd edək ki, virusun yayıldığı ölklərdə olan vətəndşalarımız dövlət dəstəyi ilə Azərbaycana gətirilib. Bununla yanaşı, virusun yayıldığı şəhərlərdə azərbaycanı təmsil edən diplomatlar və onların ailə üzvləri olduqları yerdə qalaraq karantin şəraitinə əməl edirlər.

Məhz buna görə də onlar arasında virusa yoluxma halı müşahidə edilməyib.

Hazırda azərbaycanlı tələbələrin çox olduğu İtaliya, Fransa, Almaniya, Niderland kimi Avropa ölkələrinin səhiyyə sistemləri dünyana ən qabaqcıl sistemlərdən hesab olunur.(Xəzər TV)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru