“Mübarizi şərləmək istəyən məmurları yoxlasalar, görərlər ki, başdan-ayağa çirkab içindədirlər...”

16-03-2020, 11:48           
“Mübarizi şərləmək istəyən məmurları yoxlasalar, görərlər ki, başdan-ayağa çirkab içindədirlər...”
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov iş adamı Mübariz Mənsimovun saxlanılmasına görə təəssüfləndiyini bildirib.

O, Moderator.az-a açıqlamasında M.Mənsimova “ləkə yaxmaq” istəyənlərə səslənərək, öz işləri ilə məşğul olmalarını tövsiyə edib:

“Mübariz Mənsimovu şərləmək istəyən məmurları yoxlasalar, görərlər ki, başdan-ayağa çirkab içindədirlər. Belə addımlar atıb dövlətimizi gözdən salmaq lazım deyil. M.Məsimov xaricdə yüzdən çox tələbənin təhsil haqqını ödəyərək, Azərbaycan üçün savadlı kadrlar hazırlayır. Bununla yanaşı, evsizə, əlsizə, ayaqsıza kömək edir. O, insan həmişə də deyir ki, mən siyasətə qarışmıram, sadəcə öz işimlə məşğulam. Bizim bəzi məmurlardan fərqli olaraq ermənilərlə dostluq etmir, daim onların bizim düşmənimiz olduğunu deyir. Dörd tərəfimiz düşməndir, biz onlarla mübarizə aparmalıyıq, bir-birimizlə yox. Dünəndən bu xəbəri eşidəndən əsəbiləşmişəm. Onun FETO ilə əlaqələrinin olması inandırıcı deyil. Biz ölkəsi, vətəndaşı üçün ürək yandıran belə bir insanı qorumalıyıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru