"Heç kəs məndən inciməsin amma zövqlü tamaşaçı həsrətindəyəm"
18-03-2020, 12:00
Xalq artisti Faiq Ağayev "Atv" kanalında yayımlanan "Şou Atv" verilişində qonaq olub.
BiG.AZ xəbər verir ki, veriliş zamanı aparıcı Nanə Ağamalıyeva müğənniyə "keçən illər sizdə nəyin həsrətin yaratdı" sualını ünvanlayıb.
Xalq artisti isə cavabında bildirib ki, zövqlü tamaşaçı həsrətindədir:
"Heç kəs məndən inciməsin amma zövqlü tamaşaçı həsrətindəyəm. Mən demirəm ki, hamı zövqsüzdür. Amma bu insanı narahat edəcək səviyyədədir. İndi biznes, biznesmen sözü yaranıb. Əvvəllər alıb-satanlara alverçi deyirdilər. Pulunu verir və tamaşaçı alır. Mən durub kiminsə cibinə pul qoyub deyə bilmərəm ki, mən oxuyan yerdə dur, belə əl çal. Bu yalan, xaricilik olacaq. Mənim ünsiyyətdə olduğum insanların heç biri qürrələnməyib ki, mənim beş maşınım var, mənim on ayaqqabım var, ayaqqabım flan firmanındır. Mən sənətə görə gəlmişəmsə, qoy mahnılarımı müqayisə etsinlər".