"Brilliant Dadaşova insanları yas mərasimindən qovdu" - Gənc vayner

18-03-2020, 17:15           
"Brilliant Dadaşova insanları yas mərasimindən qovdu" - Gənc vayner
Tanınmış vayner Elçin xalq artisti Brilliant Dadaşovanın Rafael Dadaşovun yas mərsimindən insanların qovulduğunu deyib.

Teleqraf.com xəbər verir ki, vayner sosial şəbələdə bu sözləri yazıb: "Dünən böyük sənətkar Rafael Dadaşovun yasından hamı qovuldu. Rayondan uzaq yol gələn insanların çay, halvası qabağında qaldı. Brilliant xanım dedi ki, "yas qurtardı və gedin". Camaat ayağa qalxdı və Rafael Dadaşovun evini tərk etdi. Bu hadisə mediaya getdikdən sonra baş verdi.

Səidə Dadaşovaya olan hörmətimdən susdum. Mən o evdə Rafael müəllimin çörəyini yeyib, suyunu içmişəm. Sənətkarın ruhuna və övladlarına görə susdum. Heç kim ora yemək yeməyə getməmişdi. Hamı başsağlığına gəlmişdi. Mən oraya kameraya düşməyə, Brilliant xanımın yanında durub xəbər səhifələri məni çəksin deyə gəlməmişdim".

Məsələ ilə bağlı mərhumun qızə Səidə Dadaşova ilə əlaqə saxladıq. Müğənni "Biz nə haydayıq...Buna cavab verməyəcəyik" deyə reaksiya göstərib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.