Məşhur aktyor Bəhram Bağırzadə özünə gəlib və həkimlərin suallarını cavablandırıb.

2-07-2020, 12:39           
Məşhur aktyor Bəhram Bağırzadə özünə gəlib və həkimlərin suallarını cavablandırıb.
Bunu virtualaz.org-a “Planeta parni iz Baku” teatrının rəhbəri Tahir İmanov deyib.
T.İmanovun sözlərinə görə, B.Bağırzadənin müalicəsində müsbət dinamika davam edir və bütün tibbi göstəricilər normaldır.
Yeri gəlmişkən, dünən yazmışdıq ki, Bəhram Bağırzadə ekstrakorporal membran oksigen aparatı EKMO-dan ayrılıb.
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları tərəfindən təcili olaraq xəstənin EKMO cihazına qoşulmasına qərar verilmişdi. Ancaq həkimlərin dediyinə görə, dünəndən etibarən B. Bağırzadə yaxşılaşmağa doğru gedir, vəziyyəti sabitləşib və ağciyərlərinin funksiyası yaxşılaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru