Sibel Can fotoşopun "anasını ağlar qoydu"

13-08-2020, 00:03           
Sibel Can fotoşopun "anasını ağlar qoydu"
Albomun üz qapağı üçün hazırlanmış foto ilə daha çox müzakirə olunan sənətçinin pərəstişkarları onu qınaq atəşinə tutublar

Gözəlliyi və mükəmməl səsi ilə insanların qəlbini fəth edən Sibel Can yeni albomu üçün fotosessiya etdirib. Sputnik Azərbaycan bildirir ki, fotosessiyanı müğənninin izləyiciləri birmənalı qarşılamayıblar. Albomun üz qapağı üçün hazırlanmış foto ilə daha çox müzakirə olunan sənətçinin pərəstişkarları onu qınaq atəşinə tutublar. Onlar müğənninin fotoşopun köməyilə qızıyla yaşıd göründüyü vurğulayıblar.

Türk musiqi dünyasının divası sayılan 50 yaşlı ulduzun albomu avqustun 14-də işıq üzü görəcək.

Sənətə 13 yaşında gələn müğənni 20-dən artıq albomun, 100-dən artıq mahnının müəllifidir. O bundan başqa, bir sıra film və seriallarda rol alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru