Bütün zamanların ən məşhur mahnıları açıqlanıb

19-11-2020, 05:37           
Bütün zamanların ən məşhur mahnıları açıqlanıb
“Shazam” musiqi tanıma xidməti bütün zamanların ən məşhur mahnılarını sıralayıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, siyahının ilk yerində avstraliyalı müğənni “Tones and I”ın “Dance Monkey” kompozisiyası qərarlaşıb. Xidmət istifadəçiləri melodiyanı 33 milyon dəfədən çox tanımağa çalışıblar.

İkinci yerə alman ifaçı Robin Şultz və Fransanın “Lilly Wood & Prickin” qrupunun “Prayer in C” mahnısı, üçüncü yerə britaniyalı ifaçı “Passenger”in “Let her go” mahnısı çıxıb.

İsveç “DJ Avicii”dən “Wake me up” və “Major Lazer” musiqi qrupundan “Lean on” bəstəsi siyahıda ilk beşliyi tamamlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru