Elvis Preslinin 1 milyonluq üzüyü hərraca çıxarılacaq - FOTO

23-11-2020, 09:14           
Elvis Preslinin 1 milyonluq üzüyü hərraca çıxarılacaq - FOTO
Rok-n-rollun kralı Elvis Presliyə məxsus ziynət əşyası hərracda nümayiş olunacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, əfsanəvi müğənni Elvis Preslinin brilyant qaşlı üzüyü auksiona çıxarılacaq.

Ziynət əşyası Amerika Birləşmiş Ştatlarının GWS hərrac evində nümayiş olunacaq. Mütəxəssislər məşhurun üzüyünün 1 milyon dollara satılacağını ehtimal edirlər.

Ziynət əşyası Preslinin sifarişi ilə özü üçün hazırlanıb. Qiymətli üzük 18 əyyardır. Hərrac noyabrın 28-də baş tutacaq.

Qeyd edək ki, Elvis Presli sözügedən üzüyü 1975-ci ildə keçirilən konserti zamanı J.D. Summer adlı şəxsə hədiyyə edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru