Pişik pilota hücum etdi: Təyyarə təcili geri qayıtdı

2-03-2021, 10:03           
Pişik pilota hücum etdi:
Sudanın paytaxtı Xartumda havaya qalxan sərnişin təyyarəsi “pişik hücumu” səbəbindən səfəri yarımçıq qoyaraq geri qayıdıb.

“Al-Sudani” xəbər verir ki, pişik təyyarənin uçuş kabinəsinə girib və pilotlara hücum edib.

Qətərin paytaxtı Dohaya getməyi planlaşdıran, “Sudanese Tarco”ya aid olan təyyarə havaya qalxdıqdan yarım saat sonra pişiyə görə geri qayıtmağa məcbur olub.

Təxmin edilir ki, pişik bir gün əvvəl texniki baxım və ya təmizlik zamanı təyyarəyə girib və orada qalıb.

Oxşar hadisə 2004-cü ildə Belçikada, 2013-cü ildə isə Ər-Riyadda yaşanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru