Ciqarxanyan 21 yaşlı qızın bakirəliyini niyə pozub? – SİRLƏR AÇILDI

10-03-2021, 18:48           
Ciqarxanyan 21 yaşlı qızın bakirəliyini niyə pozub? – SİRLƏR AÇILDI
Vitalina Çımbalyuk-Romanovskaya 21 yaşında erməni aktyor Armen Ciqarxanyanın sevgilisi olaraq bakirəliyini itirib. Pianoçu hər zaman görkəmli aktyora heyran qalıb və tərəddüd etmədən bu addımı atıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “starhit.ru” nəşri yayıb.

Mənbə yazır ki, Vitalina ilə Armen arasındakı münasibət uzun və çətin olub. Aktyor 17 il pianoçu ilə birlikdə yaşayıb və sonra gözlənilmədən onu oğurluqda günahlandırıb.

Armen Borisoviç onun haqda son dərəcə istəksiz danışıb və pianoçunu həyatının əsas səhvi adlandırıb.

Vitalinanın özü Ciqarxanyanın yanında nostalji illər keçirdiyi xatırladır. Sarışın qızın 16 yaşı olanda onlar tanış olublar. Armen Borisoviç səhnədə görən kimi ona dərhal vurulub. Tanışlıq dostluğa çevrilib və zaman keçdikcə bu ünsiyyət romantik hisslərlə əvəz olunub. Həmin vaxtlarda sevgililərin münasibətlərində heç vaxt fizioloji yaxınlıq olmayıb.

Beləliklə, Vitalina beş il görüşdükdən sonra bakirəliyini itirib.

“Çox ehtiyatlı və diqqətli idi. Bəli, Armen Borisoviç mənim ilk kişim oldu. Uzun illər tək onunla birgə oldum. Bu sual onun üçün də hər zaman çox vacib olub. İnsultdan sonra da “Bacaracağammı?” sualını verib”, deyə Vitalina Dmitri Qordonun Youtube kanalına verdiyi müsahibəsində etiraf edib.

Ciqarxanyan kişi olmaq fürsətini itirəndən sonra pianoçu onu incə bir şəkildə sakitləşdirib.

Nəhayət, Romanovskaya üçün yaxın münasibətlər vacib sayılmayıb. Sevgililər üçün ən pis şey övladlarının olmaması idi.

“Övlad haqda danışmağa başlayanda həqiqətən gec idi. O zaman 76 yaşı var idi. İndi bir uşaq istəyirəm və ana ola bilərəm. Ancaq kimdənsə uşağın olmalıdır, beləsi isə yoxdur”. 42 yaşlı sənətçi belə deyib.

Ciqarxanyanla ayrıldıqdan sonra Vitalina onun üçün vacib olan bir insan tapa bilməyib. Bu səbəbdən aktyorla keçirdiyi vaxtlardan ötrü çox darıxır.

Xatırladaq ki, Rusiyada yaşayan erməni əsilli aktyor Armen Ciqarxanyan ötən il Azərbaycanın Qarabağ zəfərindən 6 gün sonra, noyabrın 14-də 85 yaşında vəfat edib. Onun ürək tutmasından öldüyü deyilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.