Nazəninlə dalaşıb, Təranə ilə barışdı

11-03-2021, 12:09           
Nazəninlə dalaşıb, Təranə ilə barışdı
Müğənni Manaf Ağayevlə Nazənin dostluğu bitib.

Axşam.az xəbər verir ki, bu haqda prodüser-aparıcı Tarix Əliyev (Tolik) "Günə bir şou" proqramında deyib. O bildirib ki, M.Ağayev Nazəninə görə danışmadığı həmkarı Təranə Qumralla barışıb.

"Manaf özünə 50 illik yubiley edəndə, bizi çağırmadı. Çox qırıldım. Amma tədbirlərin birində qarşılaşanda ona bu haqda sual verdim. Dedim, nəsə olmuşdu, bizi ad gününə çağırmadın? Durdu baxdı, dedi ki, ilk dəfədir cavab tapmıram" deyə, Təranə deyib.

Tolik isə Manaf Ağayev və Afət Fərmanqızının Nazəninə görə bir vaxtlar Təranə ilə danışmadığını, indi isə barışdıqlarını söyləyib. O deyib ki, Manafla Nazənin hazırda danışmır.

Təranə "Həmin xanımın sənət aləmində çoxları ilə danışmır. Deməli, problem onun özündədir" sözlərini əlavə edib.

Qeyd edək ki, Nazəninlə Təranə arasında qalmaqal fəaliyyəti dayandırılan ANS telekanalında proqramlardan birində başlamışdı. Tərəflər bir-birini təhqir etmiş və məhkəməyə vermişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.